BİRJA

25 Yanvar

Mərkəzi Bankın Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Azərbaycan Respublikasının Mərkəzi Bankının Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə Fins.Az-a BFB-dan məlumat verilib.

25 yanvar 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2065024708 dövlət qeydiyyat nömrəli 45 milyon manat həcmində 28 gün qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərracı zamanı 9 investor tərəfindən qiymət intervalı 9942.3894 (7.45%) manat və 9951.239 (6.3%) manat olan 13 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 63,040,000 manat olub.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti  9946.0044 (6.98%) manat, orta ölçülmüş qiyməti isə 9948.1105 (6.71%) manat olaraq müəyyən edilib.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 45,000,000 manat təşkil etmişdir. 
Notların ödəmə tarixi 22.02.2023-cü ildir.