BİRJA

17 Yanvar

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib - SİYAHI

17 yanvar 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040018 ISIN-li, 50 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bakı Fond Birjasından Fins.Az-a verilən məlumata görə, hərrac zamanı 17 investor tərəfindən qiymət intervalı 89.6127 (11.9950%) manat və 96.3702 (7.9999%) manat olan 26 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 94.1528 (9.27%) manat, orta ölçülmüş qiyməti isə 94.3533(9.1536%) manat müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 136,285,200 manat, yerləşdirilmiş həcmi isə 50,000,000 manat təşkil edilib.

Hərrac iştirakçıları 18 yanvar 2023-cü il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. İstiqrazların ödəmə tarixi 14 yanvar 2025-ci ildir.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.