Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti (fevral müqavilələri üzrə) 0,42% azalaraq, 1 913,7 ABŞ dollarına bərabər olub.
Fins.az birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti (mart müqavilələri üzrə) isə 0,13% azalaraq, 24,34 dollar təşkil edib.