Azərbaycan neftinin qiyməti bahalaşıb.
Fins.Az AZƏRTAC-a istinadən xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 3,11 dollar artaraq 90,63 dollar olub.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin ötən il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınmışdı.