BİRJA

06 Yanvar

Maliyyə Nazirliyinin istiqrazları üzrə kupon ödənişinin həcmi açıqlanıb

Milli Depozit Mərkəzi (MDM) dövlət və korporativ istiqrazlar üzrə həyata keçirilmiş ödənişlərin həcmini açıqlayıb.

Fins.az MDM-ə istinadən xəbər verir ki, Maliyyə Nazirliyinin istiqrazları üzrə kupon ödənişinin həcmi 2 milyon 671 min 560,65 manat təşkil edib. Həmçinin, “İnkişaf üçün Maliyyə” BOKT-un istiqrazları üzrə 10 min manat həcmində kupon ödənişi verilib.