BİRJA

29 Dekabr

Unibank-ın səhmlərinə 7 investor 7 sifariş təqdim edib

29 dekabr 2022-ci il tarixində Bakı Fond Birjasında “Unibank Kommersiya Bankı” ASC-nin AZ1003002024 dövlət qeydiyyat nömrəli, 6,800,000 manat həcmində, adi adlı sənədsiz səhmlərinin abunə yazılışı üzrə yerləşdirilməsi yekunlaşıb.

Birjanın yaydığı məlumata görə, abunə yazılışı zamanı anderrayterə 7 investor tərəfindən 2,72 manat qiymətindən 7 sifariş təqdim edilib.

Abunə yazılışı üzrə toplanmış sifarişlərin nominal qiymətlə ümumi məbləği 6,8 milyon manat, səhmlərin nominal qiymətlə yerləşdirilmiş də 6,8 milyon manat təşkil etdib.

Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.