"Fins.az" "AzFinance" investisiya şirkətinin direktoru,ölkənin ən peşəkar maliyyə mühəndislərindən biri İntiqam Səfərəliyevin vəsaitlərini sığortalı yerləşdirmək və qorumaq istəyən investorlara 2022-ci il üçün son investisiya məsləhətlərini yayımlayır.
Maliyyə Nazirliyi ilin sonu böyük həcmdə dövlət istiqrazları buraxıb borc cəlb edir. Maliyyə Nazirliyi tərəfindən bu vəsaitlərin cəlb olunmasının konkret olaraq nə məqsədlə həyata keçirildiyi qeyri-müəyyən olsa da bunu investorlar üçün qazanmaq fürsəti kimi dəyərləndirmək olar.
3 illik istiqrazlar üzrə 20 dekabrda 8.5% gəlirlik əldə etmək üçün İnveatisiya Şirkətinə sifariş verin. Sifarişiniz təmin olunarsa və sizə istiqrazlar 8.5% gəlirliklə satılarsa 21 dekabrda vəsaiti şirkətə təhvil verməlisiz. 8.5% reallığa yaxındır. Əslində istədiyiniz gəlirliklə sifariş verə bilərsiz. Maliyyə Nazirliyi hər 6 aydan bir faizlərinizi hesabınıza köçürəcək.
İstənilən vaxt istiqrazları təkrar bazarda satıb gəlirlə birlikdə vəsaitinizi geri götürə bilərsiz
İstənilən vaxt istiqrazların hamısını, bir hissəsini təkrar bazarda satıb gəlirlə birlikdə vəsaitinizi geri götürə bilərsiz. Qısamüddətli (1 gündən 5 ayadək) vəsait lazım olanda istiqrazları girov qoyub vəsaiti 6% xərclə cəlb edə bilərsiz (banklar depozit əsasında kredit verən adətən kredit faizi depozit faizindən yüksək olur 10-11%).
Ölkəmizin borcu o qədər azdır ki, onu ödəməmək kimi bir risk yoxdur
Əmanətdən fərqli olaraq dövlət istiqrazlarını 1-2 mln azn həcmində də alsaz hamısı eyni hüquqla dövlətin öhdəliyi olduğu üçün əmanətləri sığortalayan dövlətin özünə verilmiş borc da eyni qaydada sığortalı sayılır. Ölkəmizin borcu o qədər azdır ki, onu ödəməmək kimi bir risk yoxdur.
Eyni fürsətin 2022-ci ilin 23, 26, 30 dekabr tarixlərində də olacağını proqnozlaşdırıram
Eyni addımları 1 illik istiqrazlar üzrə də edə bilərsiz. Bu halda gəlirliyi təxmini 6.5%-7,5% müəyyən edə bilərsiz. Mərkəzi Bankın faiz dəlizinin aşağı həddini 6.25% ə qaldırması deməyə əsas verir ki, 1 illik istiqrazlar üzrə gəlirlik 6.,5% dən çox olmalıdır. Eyni fürsətin 2022-ci ilin 23, 26, 30 dekabr tarixlərində də olacağını proqnoz edirəm və nəzarətdə saxlayıb paylaşacam.
Sizə dollar almaq lazım olanda investisiya şirkəti yenidən sizə dollarları alıb təhvil verə bilər
Əgər dekabr ayında bitən depozitiniz varsa və onu prolonqasiya edəndə gəlirlik 7% ətrafında olacaqsa mütləq dövlət istiqrazları ilə maraqlanıb sifariş yerləşdirib sonra prolonqasiya barədə qərar verin. Hətta depozitiniz dollardadırsa onu investisiya şirkəti vasitəsilə manata çevirib dövlət istiqrazlarını alın. Sonra sizə dollar almaq lazım olanda investisiya şirkəti yenidən sizə dollarları alıb təhvil verə bilər.
Niyə Maliyyə Nazirliyinin bu addımını fürsət kimi görürəm?
İnfyasiya 2022ci ildə qalsın 2023cü ilə keçməsin deyə 90% dünya dövlətləri faizləri bu il maksimum artırdılar. ABŞ-da maliyyə ili apreldə yenilənir və ABŞ həmin vaxta kimi bir dəfə də faizləri artıracaqdır. Amma bu cüzi təsir deməkdir.
Ölkəmizdə də faizlərin maksimumda olduğunu düşünmək olar. Maliyyə Nazirliyinin də adi rejimnən 2-3 dəfə böyük həcmdə istiqraz emissiya etməsi faizləri maksimuma qaldıra bilər. Növbəti ildə belə yüksək faizlər görməyə bilərik. Çünki, 2023cü ildə inflyasiyanın 4%+ olması gözlənir. Yəni 2022də atılmış addımlar öz nəticəsini vermiş olacaq.
.