Ötən gün keçirilən hərracların başlanğıcında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 380 ABŞ dollarından yuxarı səviyyədə qərarlaşıb.
Fins.az xəbər verir ki, 29 noyabr tarixində dekabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 384,2 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 332 dollar) ilə müqayisədə 3,9% çoxdur.
Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.