Tədarüklə bağlı narahatlıqlar və yanacağa tələbin azalması fonunda neft qiymətləri ucuzlaşıb.
Fins.az xəbər verir ki, "Brent" markalı neftin yanvar müqaviləsində bir barelin qiyməti 87 sent və ya 0,1% ucuzlaşaraq 86,75 ABŞ dolları olub.
WTI markalı neftin dekabr müqaviləsində bir barelin dəyəri isə 87 sent və ya 1,1% azalaraq 79,21 ABŞ dollarına enib.