BİRJA

18 Noyabr

Pegasus səhmdarlarının səhm satışı qərarı

Esas Holding və Ali Sabancı da daxil olmaqla Pegasus səhmdarları 7,16 milyon səhmi satışa çıxarıb.
"Fins.az" xəbər verir ki, Pegasusun sahibi Esas Holding və digər fərdi səhmdarlar, JPMorgan, Goldman Sachs vasitəsilə satışa təxminən 7 milyon səhm təklif etmək qərarına gəliblər.

Esas Holding səhmlərinin təxminən 6,25 faizini satacaq; fərdi səhmdarlar Ali İsmail Sabancı, Emine Kamışlı, Kazım Köseoğlu və Can Köseoğlu şirkətin buraxılmış kapitalının təxminən yüzdə 0,75-ni satacaqlar. Bloomberg-in məlumata görə, satış bir səhm üçün 315 lirədən reallaşacaq. Səhm üçün 50 günlük hərəkətli ortalama 295,83 lirə səviyyəsindədir.