Birləşmiş Millətlər Təşkilatının (BMT) Ukraynadan kənd təsərrüfatı məhsullarının ixracına dair razılaşmanın uzadılmasını elan etməsindən sonra CBOT-da (Chicago Board of Trade) buğda qiymətləri son 2,5 ayın ən aşağı səviyyəsinə düşüb.
"Fins.az" xəbər verir ki, CBOT-da buğdanın buşeli 7,93 dolları görüb ki, bu da sentyabrın 1-dən minimum səviyyədir.
BMT-nin baş katibi cümə axşamı bildirib ki, tərəflər Qara dənizdə taxıl dəhlizinin yaradılması üzrə sazişin müddətinin uzadılması barədə razılığa gəliblər. Razılaşmanın başlanğıcından indiyədək Ukrayna limanlarından 10 milyon tona yaxın taxıl ixrac edilib.
"Bazarların, xüsusən də buğda bazarının bütün diqqəti Qara Dəniz Taxıl Dəhlizi ilə bağlı xəbərlərə yönəlib", - "Price Futures Group"un analitiki Cek Skovil qeyd edib.