BİRJA

16 Noyabr

Ruslan Xəlilov: 5 il ərzində ilkin istiqraz bazarı 1-2 dəfə ,təkrar istiqraz bazarı isə 6-8 dəfə böyüməsi gözlənilir

Növbəti 5 il ərzində ilkin istiqraz bazarı 1-2 dəfə ,təkrar istiqraz bazarı isə 6-8 dəfə böyüməsi gözlənilir.

"Fins.az" xəbər verir ki, bunu Paşa Kapital İnvestisiya Şirkətinin direktoru müavini Ruslan Xəlilov Bakıda keçirilən 3-cü Maliyyə və İnvestisiya Forumunda çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, bu artımlar ilkin korporativ istiqraz bazarında 45-65 dəfəlik artıma səbəb olacaq:" Öz növbəsində bu artımlar rəqəmlə ifadəsi aşağıdakı kimidir. 

Belə ki, ilkin istiqraz bazarı 2021-ci ildə 6,8 milyard manat olub, 2026-cı ildə isə 8-12 milyard manat olacağı proqnozlaşdırılır, təkrar istiqraz bazarı isə 2021-ci ildə 1,2 milyard manat olub, 2026-cı ildə isə 7,5-14,5 manat olması proqnozlaşdırılır".