Biz kapital bazarında 10 dəqiqəyə yatırım etməyiniz üçün trader.az platformasını yaratmışıq.
"Fins.az" xəbər verir ki, bunu "AzFinance" investisiya şirkətiinin direktoru İntiqam Səfərəliyev "Maliyyə və İnvestisiya" forumunda çıxışında deyib
O bildirib ki, Asan imzanız varsa 1 dəqiqəyə istədiyiniz yatırımı edə bilərsiz.
İntiqam Səfərəliyevin investisiya təşviqinə də toxunaraq "Mən indi bu zalda olan hər kəsi qazanan investor etmək istəyirəm. Bunu üçün hər kəsə 100 ədəd beynəlxalq bankın səhmlərini hədiyyə edirəm. Göstərilən nömrəyə biletinizin şəklini göndərin və trader.azda hesab açıb səhmlərinizi əldə edin.
İntiqqm Səfərəliyev yeni yaradılan platforma barədə məlumat verərək "İlk toxunuş qazancla başlasın. Həm də bir investisiya hesabına sahib olun.Sistemə daxil olanda daha çox orda korporativ istiqrazları görəcəksiz. Əsasən də bank olmayan kredit təşkilatlarının istiqrazlarını. İllik 11-14% gəlir təmin edir bu istiqrazlar. 1 il əvvəl proqnoz etdik ki, dünyada istiqraza investisiya dövrünə daxil oluruq. Bu halda ən etibarlı və yqksək gəlir əldə etmək üçün boktlərə iatiqraz emissiya etmələrini təklif etdik. Boktlərin ən böyükləri bankları 70% dən daha az risk daşıyır. Eyni zamanda 2-4% daha çox gəlir vəd edir.",-deyə qeyd edib.