BİRJA

15 Noyabr

Avropada qazın qiyməti  11% bahalaşdı

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 350 ABŞ dollarına yaxınlaşıb.

“Fins.az” xəbər verir ki, 15 noyabr tarixində dekabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 344,5 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 211 dollar) ilə müqayisədə 11% çoxdur.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.