BİRJA

14 Noyabr

Binance-dən sektoral xilasetmə fondu ilə bağlı addım

Binance-in baş direktoru Changpeng Zhao, kriptovalyuta bazarının FTX platformasındakı hadisələrdən mənfi təsirlənməsindən sonra platformanın “sənayenin bərpası fondu” üzərində işlədiyini açıqlayıb. 

Açıqlamadan sonra Bitcoin təxminən 6% artıb.

Dünyanın ən böyük kriptovalyuta platforması olan Binance-in CEO-su Changpeng Zhao Twitter-də Binance-nin güclü, lakin likvidlik problemləri olan layihələrə kömək etmək və son hadisələrin FTX platformasına mənfi təsirlərini azaltmaq üçün fond yaratdığını açıqlayıb.

Zhao digər şirkətləri də fonda investisiya qoymağa dəvət edir və əlavə edir: “Kripto heç yerə getmir. Biz hələ də buradayıq. Gəlin onu yenidən quraq” 

Açıqlamadan sonra Bitcoin təxminən 6% artıb.