BİRJA

11 Noyabr

Samir İsmayılov: 2023-cü ilin yanvar ayınadək istiqrazlara zəmanət verilməsi qaydaları təsdiq ediləcək

Azərbaycanda özəl şirkətlər dövlət təminatı əsasında istiqraz buraxaraq vəsait cəlb edə biləcəklər.

"Fins.az"xəbər verir ki, bunu  “Emitent Günü”ndə Azərbaycan Mərkəzi Bankının Kapital bazarlarına nəzarət departamentinin direktorunun müavini Samir İsmayılov bildirib.

O  Mərkəzi Bank tərəfindən şirkətlərin kapital bazarına cəlb edilməsi istiqamətində addımlar atıldığını bildirərək "Məsələn, cari ilin Avqust ayında korporativ istiqrazlara zəmanət mexanizmi təsdiq edilib. Yəni necə hal-hazırda kreditlərə zəmanət mexanizmi fəaliyyət göstərirsə, eynilə istiqrazlara da bu zəmanət mexanizmi tətbiq olunacaq. Kapital bazarından maliyyələşmək istəyən şirkətlər dövlət təminatı əsasında istiqrazlar buraxa biləcəklər. Bu məqsədlə hazırda müvafiq qaydalar hazırlanmaqdadır və 2023-cü ilin Yanvar ayınadək istiqrazlara zəmanət verilməsi qaydaları təsdiq ediləcək",-deyə qeyd edib