BİRJA

11 Noyabr

Avropada qaz ucuzlaşdı-SON QİYMƏT

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 150 ABŞ dollarından aşağı səviyyədə qərarlaşıb.

10 noyabr tarixində dekabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 146,8 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 175,8 dollar) ilə müqayisədə 2,5% azdır.