“İnvestisiya şirkətləri fiziki şəxslərin pullarının idarə edilməsi üçün kifayət qədər yaxşı məhsullar bazara təqdim edirlər. Bu həm riski sevən investorlar, həm də riski sevməyən və az vəsaiti olan şəxslərə aid edilir”.
Bu sözləri “Fins.az” saytına açıqlamasında AzFinance investisiya şirkətinin direktor müavini Pərvanə Qasımova bildirib. O, əlavə edib ki, bazar təqdim edilən istiqraz məhsullarının gəlirlilik faizi və faiz kuponları daha sərfəlidir.
“İstiqrazların əsas üstünlüyü onların müddətdən əvvəl satdığınız halda heç bir faiz itkisinə məruz qalmamağınızdır. Bundan əlavə tədavül müddətinin sonuna az qalmış siz istiqrazınızı faiz gəliri ilə bərabər daha baha qiymətə satmaq imkanınızın olmasıdır”.
P.Qasımova həmçinin risklərlə bağlı istiqamətə də aydınlıq gətirib. O, qeyd edib ki. bazarda bu gün təminatlı istiqraz mövcuddur.
“İstiqrazlarla bağlı fiziki şəxslərin ən çox verdiyi sual məhz sığorta mövzusudur. Burada vəziyyət biraz fərqlidir. İstiqraz emissiya etmək üçün şərtlər var ki, yalnız bu konturlara tam cavab verən şirkətlərə emissiya edilir. Həmçinin işin bu formada məntiqi formasından başqa bazarda təminatlı istiqrazlar mövcuddur. Bundan başqa dövlət istiqrazları ən güvənli yatırım ünvanı hesab edilir”.