BİRJA

24 Oktyabr

Bitcoin qızılla paralel bahalaşır

Bank of America, daha əvvəl Bitcoin-i riskli bir aktiv olaraq görən investorların onu yenidən təhlükəsiz bir sığınacaq olaraq qəbul etməyə başladığını bildirib.

"Fins.az" xəbər verir ki,kriptovalyutanın qızılla 40 günlük korrelyasiyası 0,50-yə yüksəlib.
Bank of America-nın məlumatına görə, Bitcoin-in digər əmtəələrlə birlikdə hərəkətləri investorların kriptovalyutaları risk aktivi kimi alıb-satdıqdan sonra onları təhlükəsiz sığınacaq kimi görməyə başladığını göstərir.

Ən böyük kriptovalyutanın qızılla 40 günlük korrelyasiyası avqustun ortalarında sıfırdan 0,50-yə yüksəlib. SP 500 ilə 0,69 və Nasdaq 100 ilə 0,72 nisbətləri daha yüksək olsa da, bu korrelyasiya düzləşib və bir neçə ay əvvəl müşahidə edilən rekord səviyyələrdən aşağıdır. BofA strateqləri Alkesh Shah və Andrew Moss bunu hər şeyin dəyişə biləcəyinə işarə kimi şərh edirlər.