BİRJA

18 Oktyabr

Mərkəzi Bank: İnvestisiya şirkətlərinin aktivləri cüzi azalıb

İnvestisiya şirkətlərinin aktivlərində cüzi azalma müşahidə olunsa da, gəlirliyində əhəmiyyətli artım müşahidə olunub.

"Fins.az" xəbər verir ki, bu, 2022-ci ilin 1-ci yarımili üzrə Mərkəzi Bankın Maliyyə sabitliyi hesabatında bildirilir.

Qeyd edilib ki, 2022-ci ilin ikinci rübündə investisiya şirkətlərinin aktivləri 77.4 milyon manat təşkil etmişdir. Yarımil ərzində bir investisiya şirkətinə investisiya xidmətlərinin göstərilməsi üçün lisenziya verilmiş və investisiya şirkətlərinin sayı 13-ə çatmışdır. Bununla yanaşı, investisiya şirkətlərinin müştəri bazası genişlənmişdir. 2022-ci ilin II yarımilində müştəri aktivləri 17% artaraq 1 milyard manat olmuşdur.

İnvestisiya şirkətlərinin xalis mənfəəti əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2.5 dəfə artaraq 4.9 milyon manata çatmışdır.