BİRJA

29 Sentyabr

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Sentyabrın 28-də Amerika fond bazarında Dow Jones indeksi 1,88% –29,683.74 bəndədək, SP 500 indeksi 1,97% – 3,719.04 bəndədək, Nasdaq indeksi isə 2,05% –11,051.64 bəndədək yüksəlib.

Fins.az-ın məlumatına görə, Avropa fond bazarlarında sentyabrın 28-də FTSE 100 indeksi 0,3% – 7,005.39 bəndədək, Fransanın CAC-40 indeksi 0,19% – 5,765.01 bəndədək, Almaniyanın DAX indeksi isə 0,36% – 12,183.28 bəndədək yüksəlib.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,49% azalaraq, 0,9687 dollar təşkil edib.