FED-in aqressiv faiz artımına imza atacağına dair gözləntilər də ABŞ istiqrazlarının faizlərinin artmasına səbəb olub.
"Fins.az" xəbər verir ki, ABŞ-ın 10 illik istiqrazlarının gəlirliliyi 2011-ci ildən bəri ən yüksək səviyyəyə çataraq 3,5 faizdən yuxarı test edilib.
Qlobal bazarlar FED-in faiz qərarına fokuslanarkən, yeni həftənin ilk əməliyyat günündə ABŞ istiqrazlarının faizləri və dolların bahalaşması diqqəti cəlb edib.
ABŞ-ın 10 illik istiqrazlarının gəlirliliyi 2011-ci ildən bəri ən yüksək səviyyə olan 3,5 faizi ötüb.
ABŞ Federal Ehtiyat Sisteminin (FED) iyul ayında keçirilən son iclasından sonra açıqlanan məlumatlar, ölkə iqtisadiyyatının dayanıqlı olduğuna, inflyasiyanın geniş yayıldığına və davamlı olaraq yüksək olduğuna diqqət çəkdi. Bu mənzərə ilə FED-in bu həftəki iclasında faizləri 75 bənd artıracağı gözləntiləri güclənib.