BİRJA

13 Sentyabr

Metallara Çin dəstəyi

 Çin daşınmaz əmlak nəhəngi Evergrande Group-un dayandırılmış bir çox mənzil layihəsinin yenidən başlayacağını elan etməsindən sonra metallar, xüsusilə də dəmir filizi bahalaşıb. 

"Fins.az" xəbər verir ki, Çinin ən böyük mənzil inşaatçılarından biri olan Evergrande Group, dayandırılmış 706 layihədən 668-nin yenidən başlayacağını elan etdikdən sonra dəmir filizi və bəzi digər metallar bahalaşıb.

Ölkədəki natamam daşınmaz əmlak layihələrinə etiraz edən mənzil müştərilərinin başlatdığı 100 şəhərdə boykotlardan sonra baş verən son inkişafın sektora nəfəs alacağı gözlənilir.

Sinqapur fyuçersləri 1,7 faiz artaraq bir ton üçün 103,85 dollar olub. Dalian Fond Birjasında fyuçers müqavilələri 1,1 faiz artaraq 728,50 yuan səviyyəsində qərarlaşıb.

London Metal Birjasında alüminium 1,1 faiz bahalaşaraq 2307,50 dollara satılıb. Bir çox metallar, o cümlədən mis yüksəldi. Dolların ucuzlaşması əsas metalları da dəstəkləyib.