BİRJA

12 Sentyabr

Avropada anbarların dolması ilə qazın qiyməti enir

Avropada bazar ertəsi ticarət zamanı qazın qiyməti 1000 kubmetr üçün 2100 dollardan aşağı düşüb. 

 "Fins.az" xəbər verir ki,  Londondakı ICE birjasının məlumatına istinadən xəbər verir ki, günün əvvəlindən qazın qiymətində ümumi azalma təxminən 3,5% təşkil edib.

Oktyabr fyuçerslərinin qiyməti 1000 kubmetr üçün 2086 dollara geriləyib (və ya MVt/saat üçün 200 avro).

Qazın qiymətinin azalması Avropa anbarlarında (UGS) qaz ehtiyatlarının maksimuma yaxınlaşması ilə (83,5%-dən çox doldurulub) əlaqədardır. Əvvəllər Avropa İttifaqı ölkələri 2022-2023-cü illərin qışına qədər UGS obyektlərini ən azı 80% və sonrakı bütün qış dövrlərində isə 90% doldurmağı öhdələrinə götürmüşdülər.

Eyni zamanda, “Şimal axını” ilə nəql hələ də dayandırılıb. Sentyabrın 2-də “Qazprom” xəbər verib ki, işləyən sonuncu qaz nasos qurğusuna texniki qulluq zamanı sızmaaşkar edilib, buna görə də holdinq qaz kəməri ilə nəqli tamamilə dayandırmağa məcbur olub.