Rusiya maliyyə nazirinin müavini Aleksey Moiseyev kriptovalyutaların beynəlxalq ticarətdə istifadəsinin bir öhdəlik olduğunu, lakin tənzimləmə ilə bağlı mərkəzi bankla bəzi fikir ayrılıqlarının olduğunu bildirib.
"Fins.az" xəbər verir ki, Rusiya maliyyə nazirinin müavini Aleksey Moiseyev, mövcud şərtlər daxilində kriptovalyutalarla beynəlxalq ödənişlər etmənin Rusiyanın bir öhdəliyi olduğunu ifadə edərək, "Planladığımız infrastruktur transsərhəd köçürmələr üçün bir qədər sərt ola bilər. Bunun üçün ilk növbədə köçürmələri qanuniləşdirməmiz lazımdır" deyə qeyd edib.
Moiseyev Rusiyanın “Rossiya-24” dövlət kanalına verdiyi açıqlamada ölkədə kriptovalyutaların tənzimlənməsi ilə bağlı Rusiya Maliyyə Nazirliyi ilə Rusiya Mərkəzi Bankı arasında müxtəlif fikir ayrılıqlarının olduğunu bildirib.