BİRJA

03 Sentyabr

Yenin məzənnəsi ucuzlaşıb

Yaponiyanın milli valyutası olan yenin məzənnəsi ABŞ dollarına nisbətdə son 24 ilin ən aşağı həddinə (1 dollar–140,194 yen) düşüb.

Yaponiya hökuməti milli valyutanın  ucuzlaşmasının mənfi təsirləri barədə xəbərdarlıq edib. Məsələni keçirilən mətbuat konfransında şərh edən Yaponiyanın maliyyə naziri Şuniçi Suzuki isə bildirib ki, hökumət valyuta məzənnələrinin hərəkətini böyük diqqətlə izləyir.

Xəbəri “Kyodo” verib