BİRJA

31 Avqust

Neft bahalaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin noyabr müqaviləsinin dəyəri 1,07% artaraq, 1 barelə görə 98,91 dollar təşkil edib.

Fins.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin oktyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,98% artaraq, 92,62 dollar təşkil edib.