BİRJA

29 Avqust

Dünya bazarlarında təbii qazın qiyməti artıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.

Fins.az xəbər verir ki, oktyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə, 2,27% artaraq 9,479 ABŞ dolları təşkil edib.