BİRJA

26 Avqust

Niyə FED-dən 0.75%-lik faiz artımı gözlənilir?

Sentyabrın 21-də keçiriləcək "FOMC" toplantısında FED-in faiz dərəcələrini 75 bənd artıracağı ehtimalları 60%-i keçib.

FED rəsmiləri ehtimalları artırır

FED rəsmilərinin açıq mesajları ilə bazarlar 75 baza bəndlik faiz artımını daha çox qiymətləndirməyə başlayıb.

Atlanta FED sədri Bostic 50 ilə 75 baza bəndi arasında qaldığını və məşğulluğun güclü olmağa davam edəcəyi və inflyasiyada yavaşlama olmadığı təqdirdə 75 baza bəndini dəstəkləyə biləcəyini ifadə etmişdi.

St. Louis FED sədri Bullard inflyasiyanın azaldılması üçün sürətli hərəkətə keçmək lazım olduğunu ifadə edərək, faiz artımlarının davam etdirilməsinin tərəfdarı olduğunu bildirib.

San Fransisko FED sədri Deli bu ay verdiyi açıqlamada faiz dərəcələri ilə bağlı birbaşa şərh vermədi, ancaq inflyasiyanın azaldılmasının həyati bir məsələ olduğunu bildirdi. O, ölkədə insanların həm işlə təmin olunmasını, həm də inflyasiyanın məqbul səviyyədə olmasını istədiklərini və bunun təmin edilməsi üçün lazım olanı edəcəklərini bildirib.

Kanzas Siti FED sədri Corc FED-in uçot dərəcələrini artırmağa davam etməsi üçün imkanların olduğunu, lakin bu qərarın makroiqtisadi göstəricilərdən asılı olduğunu söylədi. Əvvəlki açıqlamasında daha diqqətli olması lazım olduğunu və daha yumşaq siyasətin tərəfində olduğunu ifadə edən Corc, faizlərin bir müddət 4%-in üzərinə qalxmasının lazım ola biləcəyini ifadə edərək, şahin bir ifadə işlətdi.

Riçmond FED sədri Barkin sərt monetar siyasətin sentyabr ayında da davam etdirilməsinin lazım olduğunu, lakin makroiqtisadi göstəricilər bunda həlledici olacağını əlavə etdi.

Gözlər Paveldə

FED rəsmilərinin inflyasiyanın azaldılmasına dair qətiyyətli mesajlarından sonra bazarlar FED sədri Jerom Pavelin bugün "Jackson Hole" Simpoziumundakı çıxışına fokuslanıb. Faiz siyasətinin əsas təyinediciləri inflyasiya və məşğulluqdur. Pavelin son məşğulluq rəqəmlərindən məmnun qalacağı və sənayenin canlı qaldığını bildirəcəyi gözlənilir. Son bir ayda inflyasiyanın azalmasına baxmayaraq, iqtisadi yavaşlama gözləntilərinin istiqaməti yaxından təqib ediləcək.

Dollar bu həftə bahalaşıb

Faiz gözləntilərinin artması ilə yüksəlməyə başlayan dollar indeksi bu həftə 109.28-ə yüksələrək 20 ilin zirvəsi olan iyul ayında görülən səviyyəni yenidən sınaqdan keçirdi. İndeks 108.60-dan yuxarı ticarət olunur və 108 bəndlik dəstək qorunacağı təqdirdə dollar indeksindəki artım tendensiyası 113 bənd hədlərinə kimi davam edə bilər.

Tusi Heydərov

Yatırım məsləhətçisi

 

© investaz.az