BİRJA

26 Avqust

Ethereum-da yenilənmə tarixi açıqlandı

Çoxdan gözlənilən "Ethereum"-un "proof-of-stake" sisteminə keçməsini təmin edəcək yeniləmənin dəqiq tarixi "Ethereum Foundation" tərəfindən rəsmi olaraq açıqlandı.

"Merge" adlı yeniləmə sayəsində etereum istehsalında 99% daha az enerji sərf edən modelə keçərək ekoloji cəhətdən təmiz "Blockchain" olacaq. Üzərində illərdir üzərində çalışılan layihənin "Blockchain" şəbəkəsini daha səmərəli edəcəyi gözlənilsə də, yeniləmə addımları yol xəritəsinə uyğun olaraq davam edəcək.

"Merge" rəsmi saytında bildirilir ki, sentyabrın 6-da "Bellatrix" adlı təkmilləşdirmənin ilk zənciri aktivləşdiriləcək. "Merge" yeniləməsini işə salacaq çətinlik dəyərinə 10-20 Sentyabr arasında çatması gözlənilir.