BİRJA

26 Avqust

Bu gün birjaların diqqət mərkəzindəki 3 xəbər

1. "PCE" hesabatı

FED-in üstünlük verdiyi inflyasiya ölçüsü olan şəxsi istehlak xərcləri (PCE) Bakı vaxtı ilə saat 16.30 açıqlanacaq. Analitiklər əsas "PCE"-nin illik müqayisədə 4.7% və aylıq 0.3% artacağını proqnozlaşdırırlar.

2. Xərclər və gəlirlər

Şəxsi xərclər və şəxsi gəlir məlumatları da eyni vaxtda açıqlanacaq. Analitiklər şəxsi xərclərin 0.4%, şəxsi gəlirlərin isə 0.6% artacağını ehtimal edirlər.

3. FED sədri J.Pavelin çıxışı

Sədri J.Pavelin "Jackson Hole" Simpoziumundakı çıxışı günlərdir gözlənilirdi. Çünki Pavelin çıxışında FED-in monetar siyasətdə mümkün addımları ilə bağlı daha çox ipucu axtarılacaq.