BİRJA

24 Avqust

Avro və funt-sterlinq dollar qarşısında minimum səviyyələrdə

EURUSD dünən 0.99 ilə 20 ilin ən aşağı səviyyəsinə çatıb. Cütlük bu gün 0.9940 yaxınlığında hələ də zəifdir. Avrozonada açıqlanan son iqtisadi göstəricilərdəki geriləmə, inflyasiyanın yüksək olaraq qalması və Rusiya ilə davam edən gərginliyin qışa doğru daha da artacağına dair narahatlıqlar avronun ucuzlaşmasına səbəb olur.

GBPUSD 2020-ci ilin mart ayından bəri ən aşağı səviyyə olan 1.1720 səviyyəsinə düşüb. Yanvar ayında 1.37-nin üzərində olan cütlük 13%-dən çox dəyər itirib. Böyük Britaniyada ikirəqəmli inflyasiya və Mərkəzi Bankın inflyasiyanın oktyabr ayına kimi zirvəyə çatacağına dair proqnozu sterlinqin ucuzlaşmasına səbəb olur. İngiltərə Mərkəzi Bankının son toplantısından sonra resessiya ehtimallarının güclənməsi itkilərin artmasına səbəb olub.

İyul ayında 139-a yüksələrək 24 ilin ən yüksək səviyyəsinə çatan USDJPY cütlüyü bu ay 130.50-yə düşüb. Ancaq son bir həftədəki yüksəlişlə cütlük yenidən 138 səviyyəsinə yaxınlaşdı. Bu cütlükdəki illik yüksəliş 20%-ə yaxındır.

May ayında son üç ilin ən yüksək səviyyəsi olan 1 səviyyəsinə çatan USDCHF, bu ay 0.94-ün altına düşsə də, ötən həftədən etibarən başlayan yüksəlişlə qiymət 0.97 hədlərinə yaxınlaşıb.

Yaponiyada inflyasiya hədəfin üstündədir, lakin Mərkəzi Bank yumşaq monetar siyasəti davam etdirir. İstiqraz səviyyələrinin yüksəlməsinə və valyutada müşahidə olunan həddindən artıq hərəkətliliyə müdaxilə edərək tarazlıq yaratmağa çalışır.

© investaz.az