BİRJA

24 Avqust

Neft qiymətləri ucuzlaşıb

Dünya bazarlarında neftin qiyməti ucuzlaşıb.

Fins.az xəbər verir ki, "Brent" markalı neftin oktyabr müqaviləsində bir barelin qiyməti 40 sent və ya 0,4% ucuzlaşaraq 99,82 dollar olub.

WTI markalı neftin sentyabr müqaviləsində bir barelin dəyəri isə 27 sent və ya 0,29% azalaraq 93,47 dollarına enib.