BİRJA

17 Avqust

ABŞ FES-in yeni qərarları öncəsi qızıl cüzi bahalaşıb

Ardıcıl 2 gün ucuzlaşmadan sonra qızılın qiyməti korreksiya çərçivəsində yüksəlib.

Fins.az  birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri 0,06% və ya 1,15 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1 790,85 ABŞ dollarına satılıb. Gümüşün sentyabr fyuçerslərinin qiyməti isə 0,15% artaraq 1 unsiyası 20,115 ABŞ dolları təşkil edib.

Qızılın ardıcıl 2 gün ucuzlaşması ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) gələcək addımları ilə əlaqələndirilir.