BİRJA

12 Avqust

Neft ucuzlaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin oktyabr müqaviləsinin dəyəri 0,4% azalaraq 1 barelə görə 99,2 dollar təşkil edib.

"Fins.az" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin sentyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,45% azalaraq 93,92 dollar təşkil edib.