BİRJA

09 Avqust

Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

9 avqust 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0106022947 ISIN-li, 30 milyon manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

"Fins.az" xəbər verir ki, birjanın yaydığı məlumata görə, hərrac zamanı 19 investor tərəfindən qiymət intervalı 89.6842 AZN (9%) və 98.6345 (5.4999%%) manat olan 28 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 96.2593  (6.3899%) manat, orta ölçülmüş qiyməti 97.3489 (5.9784%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 108 milyon 278 min 300 manat, yerləşdirilmiş həcmi isə 39 milyon 500 min 400 manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 5 avqust 2025-ci ildir.

Hərrac iştirakçıları 10 avqust 2022-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.