BİRJA

05 Avqust

Bakı Fond Birjasında qiymətli kağızlar üzrə əməliyyatların ümumi həcmi 13% AZALIB

2022-ci ilin 7 ayında (01.01.2022-31.07.2022 tarixləri) ərzində Bakı Fond Birjasında qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 8 milyard 230 milyon 625 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünə nisbətən 1 milyard 238 milyon 128 min manat və ya 13% azdır.

Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızlar üzrə ticarət həcmində 173%, korporativ qiymətli kağızlar üzrə olan repo əməliyyatları üzrə 596% artım müşahidə olunub.

2022-ci ilin iyul ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası 4 milyard 126 milyon 509 min manat təşkil edib.