Meta ikinci rüb nəticəsində pul axını və səhm qiymətinin azalması nəticəsində istiqraz buraxmağa qərar verib.
"Fins.az" xəbər verir ki,bazarda istiqrazlara tələb 30 milyard dollara çatıb.
Məlumata görə,Facebook, Instagram və Whatsapp kimi sosial platformalara ev sahibliyi edən Meta ilk dəfə istiqraz satışına çıxıb.
SP 500-də istiqraz buraxmayan azsaylı şirkətlərdən biri olan Meta, ikinci rüb nəticəsində pul axını və səhm qiymətinin azalması nəticəsində istiqraz buraxmağa qərar verdi.
Dörd tranşda 10 milyard dollar həcmində reallaşan emissiyada 40 illik qiymətli kağızın gəlirliliyi ABŞ Xəzinədarlığı istiqrazlarının faizindən 165 baz bəndi üzərində qiymətləndi.
İstiqrazlara tələb 30 milyard dollara çatıb. Meta, rəqəmsal reklam bazarındakı qeyri-müəyyənlikləri əsas gətirərək, ikinci rübdə şirkətin tarixində illik gəlirlərinin ilk dəfə azaldığını açıqladı.Eyni zamanda şirkət gənclərin TikTok-a üz tutması ilə rəqabətin qızışdığını bildirib.
Müəllif: Aynur Qəniyeva