4 avqust 2022-ci il tarixində Bakı Fond Birjasında BOKT “İnkişaf üçün maliyyə” MMC-nin tədavül müddəti 2 il olan AZ2001024820 dövlət qeydiyyat nömrəli, 1 milyon manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
"Fins.az" xəbər verir Birjaya istinadən xəbər verir ki, hərrac zamanı 10 investor tərəfindən 100 AZN (12%) qiymətindən 10 sifariş təqdim edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1 milyon manat, istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi də 1 milyon manat təşkil edib.
İstiqrazın illik faiz dərəcəsi 12%, faiz ödənişləri isə hər 30 gündə bir dəfə olmaqla investorlara ödənilir.
İstiqrazların ödəmə tarixi 04.08.2024-cü ildir.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.