BİRJA

04 Avqust

Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək - MƏBLƏĞ

9 avqust 2022-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 30 milyon manatlıq Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir.

Birjanın yaydığı məlumata görə, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər.

Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda isə, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

 

Dövlət istiqrazının növü

Kuponlu, ortamüddətli dövlət istiqrazları

Qiymətli kağızın ISIN kodu

AZ0106022947

Emissiya həcmi

30 000 000 manat

Nominal dəyəri

100 manat

İstiqrazların tədavül müddəti

1092  gün

Faiz ödənişləri (olduqda)

7 fevral 2023-cü il, 8 avqust 2023-cü il     6 fevral 2024-cü il, 6 avqust 2024-cü il

4 fevral 2025-ci il, 5 avqust 2025-ci il

Faiz gəliri

5 %

Ödəmə tarixi

05.08.2025

Anderrayter

 “PAŞA Kapital İŞ” QSC