BİRJA

03 Avqust

Michael Saylor, MicroStrategy-nin baş direktoru vəzifəsindən istefa verib

MicroStrategy CEO-su və korporativ dünyada Bitcoin-in ən böyük dəstəkçilərindən biri olan Michael Saylor, baş direktor vəzifəsini şirkət prezidenti Phone Le-yə təhvil verəcəyini və idarə heyətinin sədri olaraq davam edəcəyini açıqlayıb.
"Fins.az" xəbər verir ki, ABŞ-ın korporativ dünyasında kriptovalyutaların ən mühüm dəstəkçilərindən biri kimi tanınan Michael Seylor MicroStrategy-də CEO vəzifəsini müavininə buraxdığını açıqlayıb. CEO kimi vəzifəsini davam etdirəcəyini bildirən Saylor, kriptovalyutaların yığılmasının artırılmasına diqqət yetirəcəyini bildirib.

Şirkəti 1989-cu ildə kompüter proqram təminatı istehsalçısı kimi quran Saylor, son illərdə MicroSrategy-nin aktivləri ilə milyardlarla dollarlıq Bitcoin almışdı, bunun da böyük hissəsi borc maliyyəsi ilə əldə edilmişdi. Çərşənbə axşamı günü verilən açıqlamaya görə, əvvəllər şirkətin prezidenti vəzifəsində çalışmış Phong Le CEO vəzifəsini icra edəcək.

2015-ci ildə MicroStrategy-ə qoşulan və CFO və COO kimi yüksək rəhbər vəzifələrdə çalışan Le 2020-ci ilin iyul ayından şirkətin prezidentidir.