BİRJA

02 Avqust

Citi-dən aşağı qiymətli neft proqnozu

Citi neftlə bağlı aşağı proqnozunu davam etdirir. Bank ABŞ neftinin 80 dollardan aşağı, Brent neftinin isə 80 dollardan yuxarı ticarət edəcəyini proqnozlaşdırır.
"Fins.az" xəbər verir ki,bu yaxınlarda neft qiymətləri ilə bağlı pessimist proqnozlar açıqlayan Citi-nin fikrincə, qiymətlər 2023-cü ildə də azalmağa davam edəcək.

Citigroup-un Qlobal Əmtəə Tədqiqatları Departamentinin rəhbəri Ed Morse Bloomberg TV-yə bildirib ki, ABŞ xam nefti və Brent qiymətlərində azalma tendensiyası 2023-cü ilə qədər davam edəcək.

Morze ilin sonuna kimi ABŞ neftinin 80 dollardan aşağı, Brent neftinin isə 80 dolların ortalarında ticarət edəcəyini gözləyir. Morse görə, Çinin səyahət məhdudiyyətləri gündə 1 milyon barrel təyyarə yanacağı tələbini aradan qaldırır.

Qeyd edək ki, Citi iyulun əvvəlindəki təxminində 65 dollar qiymətləndirmişdi.