BİRJA

02 Avqust

Neftdə gözlər OPEC+ toplantısındadır

Neft İxrac Edən Ölkələr Təşkilatı və onun müttəfiqləri (o cümlədən Rusiya), ABŞ-ın Səudiyyə Ərəbistanını daha çox neft hasil etməyə çağırmasından sonra sentyabr ayı üçün hasilat siyasəti ilə bağlı qərar vermək üçün virtual olaraq çərşənbə günü iclas keçirəcəklər.

"Fins.az" xəbər verir ki,ABŞ prezidenti Co Bayden əlavə neft hasilatı üçün keçən ay Səudiyyə Ərəbistanına səfər etmişdi.

Xam neft, qlobal iqtisadi yavaşlamanın enerjiyə tələbatı azaldacağına dair narahatlıqlar ilə əlaqədar olaraq ucuzlaşıb. ABŞ və Avropa İttifaqının Rusiyanın enerji ixracına bir sıra sanksiyalar tətbiq etməsinə baxmayaraq,  fevralın sonunda Rusiyanın Ukraynaya hücumundan sonra bütün bahalaşma itirilib.

Bakı vaxtı ilə saat 08:10-da Brent nefti 0,7% də ucuzlaşma ilə 99,26 dollardan ticarət olunub. ABŞ xam nefti isə 0,7% ucuzlaşma ilə 93,26 dollardan alıcı tapıb.