“AzFinance İnvestisiya Şirkəti” QSC metal məmulatları istehsal edən “AzeSteelCompany” ASC-dən pay alıb.
Fins.az xəbər verir ki, ümumi məbləği 835 490 manat olan səhmlərin alınması nəticəsində “AzFinance İnvestisiya Şirkəti” “AzeSteelCompany”də 10% paya sahib olub.
Belə ki, “AzFinance”ın vasitəçiliyi ilə 3 alqı-satqı əqdi bağlanıb və ümumi həcmi 835 490 ədəd adi adlı sənədsiz səhmdən ibarət olub.
Başqa sözlə, şirkətin bütün səhmlərinin Nizamnamə kapitalına olan faiz nisbəti 10% təşkil edib.