“AzFinance İnvestisiya şirkəti” QSC “Optimal Finance” BOKT-un səhmdarı olub.
"Fins.az" xəbər verir ki, “AzFinance” “Optimal Finance”-ın kapitalına 700 min manat məbləğində investisiya yatırıb. “Optimal Finance”-ın kapitalında “AzFinance”-ın payı 70% təşkil edəcək.
Öncə “Optimal Finance”-ın nizamnamə kapitalı 300 min manat təşkile dib. Beləliklə, BOKT-un kapitalı 3,3 dəfə - 1 milyon manatadək artıb.
“Optimal Finance” 14 sentyabr 2020-ci ildə dövlət qeydiyyatından keçib, 29 dekabr 2020-ci ildə fəaliyyət lisenziyası əldə edib. 2021-ci ilin sonuna BOKT-un səhmdarları 3 fiziki şəxs olub.
“AzFinance Invest” MMC 2014-cü ildə yaradılıb, apreldə Azərbaycanda diler və broker fəaliyyəti üçün lisenziyalar əldə edib. 2015-ci ildə “AzFinance İnvestisiya şirkəti” QSC-yə çevrilib. Şirkətin nizamnamə kapitalı 1,55 milyon manatdır.