Avropada təbii qazın qiyməti tədarük narahatlığına görə 20%-dən çox artıb
Almaniya və Fransada elektrik enerjisinin qiymətləri rekord qırıb. Mənbələr bildiriblər ki, Ukrayna ilə bağlı mübahisə davam etdikcə, Kreml Avropaya vacib qaz axınını minimum səviyyədə saxlayacaq.
Aİ nazirləri gələn qışa qədər qazdan istifadənin 15% azaldılması ilə bağlı razılığa gəliblər, eyni zamanda məhdudiyyətlər bütün üzv ölkələrə eyni dərəcədə şamil edilməyəcək, çünki tam kəsilmə ehtimalı artmaqdadır.
Müəllif:Aynur Qəniyeva