BİRJA

25 İyul

Rusiyanın hücumundan sonra buğda qiymətləri yüksəldi

Rusiya Odessa limanını vurduqdan sonra buğda qiymətləri yeni həftəyə artımla daxil olub. Çikaqoda fyuçerslər təxminən 5% bahalaşıb.
"Fins.az" xəbər verir ki, taxıl dəhlizi razılaşması ilə buğda qiymətlərindəki nikbinlik Rusiya Ukraynanın Odessa limanına zərbə endirdikdən sonra dağıldı.

Buğda qiymətləri yeni həftəyə bu hücumun da təsiri ilə artımla başladı. Çikaqoda buğda fyuçersləri yeni həftənin ilk hərraclarında 7,82 dolları sınamaq üçün 5 faizə qədər yüksəldi.

Ukrayna ilə taxıl dəhlizi sazişinin imzalanmasından 24 saat keçməmiş Rusiya Odessa limanını qanadlı raketlərlə vurub.

Odessa vilayət hərbi idarəsinin müşaviri Serhiy Bratçuk bildirib ki, Rusiya şənbə günü limanın infrastrukturunu iki Kalibr raketi ilə vurub, iki raket isə Ukrayna hava hücumundan müdafiə sistemi tərəfindən vurulub.