BİRJA

25 İyul

Azərbaycanda kapital bazarları ilə bağlı 2022-2026-cı illərdə nəzərdə tutulan tədbirlər barədə AÇIQLAMA

Hökumətin planlarına əsasən, 2022-2026-cı illərdə kapital bazarı inkişaf edəcək. Həmçinin, 2027-ci ilədək ölkədə iki İnvestisiya Fondu fəaliyyət göstərəcək.

"Fins.az" xəbər verir ki, bu barədəprezidentin təsdiq etdiyi “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda qeyd olunur.

Bundan əlavə, 2023-cü ildə kapital bazarında sekyuritizasiya fəaliyyəti üzrə hüquqi çərçivə, həmçinin bu bazarın inkişafını stimullaşdıran bir sıra digər sistemlər yaradılacaq.

Müəllif:Aynur Qəniyeva