BİRJA

22 İyul

Qızıl həftə ərzində bahalaşmaqda davam edib

Qızıl bahalaşan dolların təsiri ilə 6 həftədən sonra ilk dəfə həftəlik bahalaşmağa hazırlaşır.
"Fins.az" xəbər verir ki,qızıl iyulun 14-də dolların rekord səviyyələrdən qayıtmasının ardından altı həftə sonra ilk dəfə yüksəlişlə həftəni bağlamağa hazırlaşır.

ABŞ-da tənəzzüllə bağlı narahatlıqlar artmaqda davam edir, çünki cümə axşamı elan edilən işsizlik göstəriciləri son səkkiz ayın ən yüksək həddinə  çatıb.

Əsas iqtisadi göstəricilərdən biri azalmaya işarə edir.

Guardian Gold Australi-nin Biznesin İnkişafı Meneceri Con Feeney, "Dollardakı artımdan sonra biz investorların real və etibarlı hedcinq aləti axtardıqları üçün qızıla müraciət edəcəklərini gözləyirik" deyə bildirib.

Müəllif:Aynur Qəniyeva