BİRJA

18 İyul

Buğda qiymətlərindəki ucuzlaşma dayanıb

Buğda qiymətlərində əvvəlki 5 ticarət günündə müşahidə olunan eniş sürəti həftənin ilk ticarət günündə başa çatıb.

"Fins.az" xəbər verir ki, buğda qiymətləri yeni həftənin ilk əməliyyatlarında yüzdə 2-dən çox artdı.
Çikaqo Birjasında, keçən həftə Rusiyanın Ukraynaya təcavüzündən əldə edilən gəlirləri silən fyuçerslərdə 5 günlük enişdən sonra buğda yeni həftənin ilk ticarət günündə 2,5% bahalaşıb.

Məlumatlar ilin bu vaxtında Krımdan daşınmaların normal həyata keçirildiyindən 50 dəfə çox olduğunu göstərsə də, bu vəziyyətin Ukraynadan ələ keçirilən buğdanın ixrac ediləcəyinə işarə etdiyi bildirilir.

İqtisadi artımın ləngiməsi ilə bağlı narahatlıqlar artdıqca, kənd təsərrüfatı mallarına da təsir edən azalma sürəti qeydə alınıb.

Müəllif: Aynur Qəniyeva